ŞABAK rəhbəri müharibədən sonra istefa verəcək

ŞABAK rəhbəri müharibədən sonra istefa verəcək

İsrailin Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Bar Fələstin-İsrail münaqişəsi bitdikdən dərhal sonra istefa verəcək.

AzerTimes xəbər verir ki, bu barədə ŞABAK-ın keçmiş rəhbəri Yakov Perri məlumat verib.

Barla söhbət zamanı mənə dedi ki, İsrail kəşfiyyatının müharibəyə səbəb olan böyük səhvindən sonra istefa vermək niyyətindədir. Mən istisna etmirəm ki, açarları təhvil verən təkcə o olacaq”, – Perri bildirib.

Qeyd edək ki, Ronen Bar oktyabrın 7-də HƏMAS-ın hücumuna səbəb olan uğursuzluqlara görə məsuliyyəti üzərinə götürüb.

Teqlər: