Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyənin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti görüş təşkil olunub.
Trend xəbər verir ki, proqram çərçivəsində qonaq qismində Milli Məclisinin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev olub. O, tələbələrlə şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək karyeralarında uğur qazanmaq, karyera quruculuğu, motivatorluq anlayışları haqqında müzakirələr aparıb.
Həmçinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsinə və etimad göstərilməsinə diqqət çəkən Naqif Həmzəyev qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində onların üzərinə böyük məsuliyyət düşür.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.