Xəbər - Elçin Mehdiyev – Trend:
Yanvarın 18-dən Milli Məclisin 2022-ci ilin yaz sessiyası çərçivəsində komitə iclasıları başlayır.
AzerTimes-ın məlumatına görə, sabah parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək.
İclasda Milli Məclisinin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası başlayıb.
Fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.