Əsl yaz havası başlayır

Əsl yaz havası başlayır

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aprelin 18-i üçün verilən hava proqnozuna əsasən Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.