Sabahdan 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini – “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.