Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı
Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə
əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu
göndərilib.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, məktubda son günlərdə havanın temperaturunun
yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz
olunan avtobuslarda havalandırma sisteminin 01.06.2022-ci il
tarixindən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.