Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah yenidən Küveytin baş naziri təyin edilib.
AzerTimes xəbər verir ki, bu haqda Küveytin rəsmi KUNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, ölkə mediası yanvarın 23-də Sabahın baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. Ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran yanvarın 10-dan başlayıb. Hökumət üzvləri “Vətəndaşların kredit borcunun azaldılması haqqında” qanun layihəsini rədd edərək, parlamentin iclasından çıxıblar.