Sabah YAP Ramiz Göyüşovla bağlı qərar verəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətində partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyada qalıb-qalmayacağı məsələsinə baxılacaq.

Bu barədə AzerTimes-a YAP-dan məlumat verilib.

Partiyadan bildirilib ki, R.Göyüşovun əxlaqi normalara sığmayan videogörüntüləri böyük partiya tərəfindən hiddətlə qınanılır. İdarə Heyətinin iclasında R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Teqlər: