Sabah Bakının Xətai və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərinin 10,0-cu km-də dayaqlar üzərinə qaldırılması ilə bağlı iyulun 12-də saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.