Sabah xalqımız ən şərəfli günlərindən birini qeyd edəcək

Sabah xalqımız ən şərəfli günlərindən birini qeyd edəcək

Sabah Azərbaycan xalqı öz tarixinin ən şərəfli günlərindən birini qeyd edəcək. 15 İyun – Azərbyacan xalqının ən ağır və mürəkkəb proseslərdən xilas tarixidir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük bəlalarla üzləşmişdi:

“Azərbaycanı bu bəlalardan ancaq ulu öndər Heydər Əliyev xilas edə bilərdi. Ona görə də həmin vaxt gözlər Naxçıvana dikilmişdi”.

Deputat bildirib ki, bugünki zəfərin, qələbənin əsası da məhz 1993-cü il 15 iyun tarixində qoyulub.

Teqlər: