“Sabah” və “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər bəlli olub.
AzerTimes xəbər verir ki, “Partizan” – “Sabah” görüşünü Polşa Futbol Federasiyasından Bartoş Frankovski idarə edəcək.
Yan xətdə ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub.
“Beşiktaş” – “Neftçi” baş hakimi Avstriya Futbol Federasiyasından Julian Veynberger olacaq. Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 17-i keçiriləcək “Neftçi” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 21:00-da, “Partizan” – “Sabah” görüşü saat 23:00-da başlayacaq.