Sabah üç mindən çox abituriyent üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də ali təhsil
müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq
imtahanı keçirəcək.

DİM-dən AzerTimes-a verilən məlumata görə, sınaq imtahanında
iştirakçılara 2022-ci ildə ali məktəblərin bakalavriat səviyyəsinə
qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test
tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim
olunacaq:

İmtahan üçün yazılış internet vasitəsilə aparılıb və 3212
abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt,
Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və
Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri
çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız
tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin
məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri
yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə
olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi
məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın
idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri,
nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19
peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb
ediləcək.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. DİM
imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırır ki,
imtahan binasına buraxılış saat 10:45 də başa çatacaq. Bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan
iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış
vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında
olmalıdırlar.


İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan
açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə
tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab
kartı”nda qeyd olunur. İmtahanın sonunda “cavab vərəqləri” və
“cavab kartları” abituriyentlərdən təhvil alınır, sual
kitabçalarını isə aparmağa icazə verilir.

İmtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312
nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına
buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli,
“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı
haqqında” bəyannamə əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında
uyğunsuzluq olan, şəxsiyyət vəsiqəsinin surəti ilə gələn,
başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər
imtahana buraxılmırlar.

Teqlər: