“Sabah” komandası tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
AzerTimes-ın məlumatına görə, Murad Musayevin baş məşqçisi olduğu kollektiv buna “Qəbələ”ni 3:2 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXVIII tur oyununda nail olub.
Xallarının sayını 65-ə çatdıran paytaxt təmsilçisinin sona 8 tur qalmış ilk “3-lük”dən kənar qalmayacağı dəqiqləşib.