Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında hava
şəraiti ilə bağlı xəbərdarlıq edib.
Qurumdan AzerTimes-a verilən
məlumata görə, martın 18-i səhərdən 19-u səhərədək şimal-qərb
küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, arabir
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.