Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq

Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi sabah – 30 avqust saat 18:00-da dayandırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Teqlər: