Sabah Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu baş
tuta bilər.
Trend-in
məlumatına görə, bu barədə Ukrayna KİV-ləri yazır.
Qeyd edək ki, fevralın 28-də tərəflər arasında danışıqların
birinci mərhələsi keçirilmişdi.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi
ki, növbəti görüş yaxın günlərdə Belarus-Polşa sərhədində keçirilə
bilər.