Azərbaycan Premyer Liqasında XXXI turun daha bir qarşılaşması baş tutub.
AzerTimes xəbər verir ki, günün ilk görüşündə “Sabah” səfərdə “Turan Tovuz”la görüşüb.
Tovuz şəhər stadionundakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Sabah” xallarının sayını 71-ə çatdırıb. İkinci pillədə qərarlaşan komanda lider “Qarabağ”la xal fərqini 7-yə endirib. Tovuz klubu isə 29 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər görüşündə “Səbail” “Neftçi”ni qəbul edəcək.