Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
AzerTimes xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar – “Sabah” və “Səbail” qarşılaşıb. Birincilər öz meydanında rəqibini 2-0 məğlub edib.
Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. “Dənizçilər” isə 42 xalda qalıb.
Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.