Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun iki oyunu keçirilib.
AzerTimes xəbər verir ki, “Sabah” “Qəbələ”ni qəbul edib.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1.
Günün digər matçında isə “Neftçi” “Kəpəz”in qonağı olub və qarşılaşma 3-3 hesabı ilə başa çatıb.
Xallarının sayını 37-ə çatdıran “Sabah” “Neftçi” və “Səbail”lə birlikdə 3-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, martın 8-də “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib – 1:0. XXVI tura martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.