Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti iştirakçısı bəlli olub.
AzerTimes xəbər verir ki, 1/8 finalın üçüncü oyununda “Turan Tovuz” doğma meydanda “Sabah”la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası keçirilib. Burada daha dəqiq oynayan qonaqlar 1/4 finala yüksəliblər – 3:1.
“Sabah” növbəti mərhələdə “Sumqayıt” – MOİK cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.