Sabah Pele ilə bağlı fərman olacaq

Sabah Pele ilə bağlı fərman olacaq

Rio-de-Janeyrodakı “Marakana” stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paes Tvitter hesabında məlumat verib.

“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq”, – mer yazıb.

Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.

Teqlər: