Sabah (25 iyul) Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.