Sabah öldürüləcək insana yardım etmək mənasızdır – Borrell

Sabah öldürüləcək insana yardım etmək mənasızdır – Borrell

Sabah öldürüləcək insanlara humanitar yardım göstərmək anlamsızdır.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamasında deyib.

“Biz mülki əhalinin əzablarını yüngülləşdirməliyik. Bunun üçün isə humanitar yardımın həcmini artırmaq lazımdır. Amma ertəsi gün öldürüləcək birinə yemək verməyin mənası yoxdur. Biz bombardmanı dayandırmalı və daha çox ölümdən qaçmalıyıq. Humanitar yardım lazımdır, lakin bu, kifayət deyil”, – o bildirib.

Teqlər: