Rusiya qazı Qazaxıstan vasitəsilə Özbəkistana nəql ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
Putin bildirib ki, bu münasibətlə oktyabrın 7-də hər üç ölkənin liderlərinin iştirakı ilə təntənəli mərasim keçiriləcək:
“Rusiya istehsalı və mənşəli qaz heç vaxt Rusiyadan Mərkəzi Asiyaya göndərilməyib”.
Rusiya prezidenti qeyd edib ki, bu layihənin həyata keçirilməsi ilə bağlı razılıq bir neçə ay əvvəl əldə olunub:
“Çox qısa müddətdə, rekord müddətdə Özbəkistan, Rusiya və Qazaxıstan çalışıb və belə tədarük üçün şərait yaradıblar”.