Sabah külək əsəcək, 37 dərəcəyədək isti olacaq

İyunun 3-də ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi
əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq.
Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer
təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi
rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq.
Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda
gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Teqlər: