“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
AzerTimes xəbər verir ki, “Sabah” bu mərhələdə Latviyanın RFŞ komandası ilə qarşılaşacaq.
Latviya təmsilçisi I təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Makedoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.
Qeyd edək ki, “Sabah” RFŞ-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.