Aprelin 22-də güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a bildirilib ki, Abşeron yarımadasında gündüz saatlarında qısamüddətə xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.