Sabah FK heyətini yeni oyunçu ilə gücləndirdi

Sabah FK heyətini yeni oyunçu ilə gücləndirdi

Sabah futbol klubu daha bir transferi gerçəkləşdirdi.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyev ilə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.