İyunun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.