Bakıda və Abşeron yarımadasında martın 18-də hava şəraitinin
arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən
Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman
olacaq.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti,
gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə
sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı
olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb
küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda
gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz
0-5° şaxta olacaq.