Sabah Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barəddə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” qazpaylayıcı stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar sabah tarixdə saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.