Sabah bu ərazidə elektrik enerjisi kəsiləcək

Sabah bu ərazidə elektrik enerjisi kəsiləcək

Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə AzerTimes-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək.

Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Teqlər: