Sabah bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Fevralın 21-nə avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a bildirilib ki, Fevral ayının 21-də gecə
və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz,
Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Şəki-Qax-Zaqatala,
Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli,
Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən,
Yevlax-Xocalı-Laçın, Ağdam-Füzuli-Horadiz, Şəmkir-Gədəbəy,
Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan,
Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar,
Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral
avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq
görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.


Teqlər: