Sabah bir sıra magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.

Xidmətdən Trend-ə verilən məlumata görə, mayın 10-da ölkə
ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq
Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Giləzi-Xızı,
Quba-Xaçmaz, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bərdə-İstisu,
Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan,
Salyan-Neftçala, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən,
Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Xankəndi-Xocavənd,
Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın,
Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının
bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı
gözlənilir.

Teqlər: