“Sabah” və Türkiyənin “Beşiktaş” klubları Bakıda keçirilən xeyriyyə oyununda anlamlı jest ediblər.
AzerTimes Report-a istinadən xəbər verir ki, komandalar meydana şəhid ailələrinin, qazilərin və zəlzələdən əziyyət çəkənlərin övladları ilə çıxıblar.
Matçın startından əvvəl nəhəng pankart da açılıb.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək. Hazırda hesab “Sabah”ın xeyrinədir – 2:0.