“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.
AzerTimes xəbər verir ki, Bakıda İsveçrə təmsilçisi “Bazel” komandası ilə üz-üzə gələn Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.
Qeyd edək ki, ilk matçda “Bazel” 6:0 hesablı qələbə qazanmışdı.