Sabah Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da
Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi
önündə anım tədbiri keçiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru
polis mayoru Araz Əsgərli Trend-in sorğusuna cavab olaraq bildirib ki, Xocalı
soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə
tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat
07:00-dan tədbir bitənədək Bayraq Meydanından Neftçilər Prospekti
ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol
bağlanılır. Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb
Səfərliyeva istiqamətində dəyişidirilir. Neftçilər prospektinə
çıxışlar tam bağlanılır. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı
prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək
avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət
dəyişdirilir.

Hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən
düzünə 8 Noyabr prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev
küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti
istiqamətindən müəyyən edilib.

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə
kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz
İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də
avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti
dəyişdiriləcək.

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin
ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə
şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edilir. Anım
mərasimində iştirak etmək istəyənlərin ictimai nəqliyyat vasitələri
ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

Teqlər: