Xəbər - Samir Əli – Trend:
Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri
ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti
məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə
avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə,
dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6,
10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1)
əhatə edir.
Qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti
digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və
prospektlərdən keçməklə təşkil ediləcək.
Dəyişiklik 26.02.2022-ci il səhər saat 07:00-dan başlayaraq
məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.