Azərbaycan Premyer Liqasında X turun daha bir qarşılaşması baş tutub.
AzerTimes xəbər verir ki, paytaxt təmsilçisi “Sabah” doğma arenasında “Sumqayıt”ı qəbul edib. Hesabda ilk hissə 1-0 geri düşən meydan sahibləri ikinci hissədə 3 qol vuraraq rəqibini məğlub etməyi bacarıb.
Bununla “Sabah” çempionatda 8 oyunluq qələbə həsrətinə son qoyub. Bu nəticə sayəsində Murad Musayevin yetirmələri xallarının sayını 10-a çatdırıblar. “Sumqayıt” isə 11 xalda qalıb.
Qeyd edək ki, əvvəlki oyunlarda “Turan Tovuz” “Qarabağ”la (2:2), “Kəpəz” “Zirə” ilə (0:0) bərabərə qalıblar, “Neftçi” səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 22-də keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.