Azərbaycanda sabaha (iyulun 19-a) olan hava proqnozu açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-də hava şəraiti günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
ETSN xəbərdarlıq edir ki, iyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir. ETSN xəbərdarlıq edir ki, iyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir.
Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənilir.