Saatlıdan sonra Şamaxıda da zəlzələ oldu

Saatlıdan sonra Şamaxıda da zəlzələ oldu

2022.12.15 – 23:39

Azərbaycanda 3,9 maqnitudada zəlzələ olub.

Bu barədə AzerTimes Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.

***

Şamaxıda 3,2 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:09-da Qobustan stansiyasından 24 km qərbdə Şamaxı ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ ocağı 24 kilometr dərinlikdə yerləşib.

Teqlər: