Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Saatlı rayon sakini
S.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə
ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin
edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd
hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi
prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.


Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Saatlı
RPŞ-də araşdırmalar aparılır.

Teqlər: