Saatlı şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı telefon satışı mağazasının 1 otağının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb, yüksək temperaturdan içərisindəki mallar əriyib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.