Saatlıda şəhid hərbi qulluqçu dəfn edildi

Saatlıda şəhid hərbi qulluqçu dəfn edildi

Saatlıda şəhid hərbi qulluqçu torpağa tapşırılıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri Nəsirov Ülvi Əsədulla oğlunun nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib.

Evdə vida mərasimi keçirilib, ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi izdihamla kənd qəbristanlığına yola salınıb.

Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Ülvi Nəsirovun nəşi kənd qəbristanlığında torpağa tapşırılıb. Üçrəngli bayraq şəhidin atası Əsədulla Nəsirova verilib.

Şəhidin xatirəsinə üç dəfə yayılım atəşi açılıb.

Qeyd edək ki, Ülvi Nəsirov 2000-ci ildə Saatlı rayonunun Qaranuru kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrində kiçik gizir kimi xitmət edib.

Şəhid Ü.Nəsirov 44 günlük Vətən müharbəsində Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib.

Allah rəhmət eləsin!

Teqlər: