Saatlıda pomidor turşusundan iki uşaq zəhərlənib, biri ölüb

Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM)
yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün
olmayıb.

Mərkəzin Mətbuat xidmətindən
Trend
-ə verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon
Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə
12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il
təvəllüdlü X.F 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü
M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq
qalmaqdadır.

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.

Teqlər: