Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərin birində qaydaların pozulması halı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, tədbirlər zamanı obyektdə olanlar arasında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən vətəndaşlar müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.