Saatlıda həyətdən narkotik plantasiyası aşkarlandı

Xəbər - Samir Əli – Trend:

Saatlı rayonunda həyətyanı sahədə narkotik plantasiyası aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AzerTimes-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mircəlal kənd sakini Mirəli Kazımov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 18 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Teqlər: