Saatlıda evdə yanğın olub

Saatlı rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 70 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: