Saatlıda çayxanada karantin qaydaları pozuldu, sahibkar cərimələndi

Xəbər - Samir Əli – Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına riayət etməyən çayxana aşkar edilib.

Aşkar edilən obyektin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub. Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, onların hər birinə xəbərdarlıq edilib.


Teqlər: