Saatlı rayonunda birmərtəbəli ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,
rayonunun Azadkənd kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli
evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.